Siyasət

  • 3 773

Deputat: "Bu tədbirlər ilin sonuna qədər davam edəcək" AÇIQLAMA

image

“Ölkəmizin siyasi leksikonunda özünə yer tapan Azərbaycan Xalq Cümhuriyyəti ifadəsi hər birimiz üçün əziz və doğmadır. Çünki, bugünkü müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, tarixçi Fəzail İbrahimli deyib.O bildirib ki, hər kəs bu günümüzə görə, vaxtilə Cümhuriyyəti yaradanlara minnətdar olmalıdır: “Nə yaxşı ki, onlar Azərbaycan Xalq Cümhuriyyətini yaradıb, paytaxt və sərhədləri müəyyən etdilər. Həmin dövrdə parçalanan Azərbaycan ola bilərdi. Çar Rusiyası tərəfindən işğal prosesi bölünmüş Azərbaycan üzərində getsəydi, indi Bakı Dərbəndin taleyini yaşaya bilərdi. Sərhədlərin müəyyən olunması həm Azərbaycanın bölünmək təhlükəsindən xilas etdi, həm də bütün dünyaya nümunə olacaq, ilk demokratik bir dövlətin yaranmasına səbəb oldu”.F.İbrahimli söyləyib ki, 1918-ci ildə yaradılan Cümhuriyyət elə prinsiplərə əsaslanırdı ki, bu gün özünü demokratiya beşiyi adlanan Avropa, ABŞ-a bunu nümunə göstərə bilərik: “Bizim babalarımız onlardan daha çox demokratik olmaqla yanaşı, qadın azadlığı, seçki hüququ, bütün millətlərə hörmət kimi mühüm prinsiplərə malik olublar. Bu gün Azərbaycan varis olaraq bu işi davam etdirir”.Deputat xatırladıb ki, Cümhuriyyət ilinin yaradıcılarının ruhuna hörmət əlaməti olaraq Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Cümhiryyəti ili” élan edilib: “Bundan başqa ölkəmizdə AXC-nin 100 illiyi ilə əlaqədar bir sıra işlər görülür, ayrı-ayrı yerlərdə tədbirlər keçirilir, konfranslar təşkil olunur. Mayın 28-də AXC-nin 100 illiyi dövlət səviyyəsində təntənəli bayram şəklində qeyd olunacaq. Amma bununla yanaşı görülən işlər bitməyəcək. Bu tədbirlər ilin sonuna qədər davam edəcək”.AXC-nin 100 illiyi ilə əlaqədar televiziya kanallarında, eləcə də mətbuatda kütləvi yazıların yazıldığı, verilişlərin hazırlandığını xüsusi qeyd edən deputat Cümhuriyyətin Parlament fəaliyyəti ilə bağlı kitabın hazırlandığını da dilə gətirib: “Bundan başqa Milli Məclisdə AXC-nin 100 illiyi ilə təntənəli iclas keçiriləcək. Hər kəsin bu illə bağlı proqramı var ki, onlar zaman-zaman icra olunacaq. Hər bir vətəndaşımızın qəlbində, ruhunda Cümhuriyyət tarixi ilə bağlı düşüncə formalaşacaq, onların əziz xatirəsi yad ediləcək”.

sia.az

Digər xəbərlər