Siyasət

  • 3 431

Mərkəz sədri: "ABŞ məqsədini İranın iştirakı ilə reallaşdıra bilər"

image

“Suriyada hərbi əməliyyatların intensivliyi və şiddəti artıb. Bu hərbi əməliyyatları Suriya dövlətinə qarşı reallaşdıran ABŞ başda olmaqla Qərb koalisiyasıdır. Hərbi əməliyyatların ikinci istiqaməti İranın Suriya ərazisindən İsrailə qarşı açdığı cəbhədir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, bu vaxtadək Suriyada hərbi əməliyyatlar yalnız İŞİD-ə qarşı idi: “Rusiyadan sonra Türkiyə və İran da Suriyada İŞİD-ə qarşı həlledici zərbə endirdilər. İŞİD üzərində qələbədə Rusiyanın rolu şəksizdir və bunu inkar etmək yalnız geosiyasi maraqların təmini üçündür. Rusiya ABŞ-ın İŞİD-ə qarşı effektsiz mübarizəsinin nəticəsi olaraq Suriyaya rəsmən dəvət olundu. Dəməşq tərəfindən rəsmən dəvət olunan yeganə dövlət Rusiyadır.İŞİD Suriyadakı hərbi əməliyyatlarını kustar üsulla aparırdı. Amma bu gün Suriyadakı hərbi əməliyyatları dünyanın ən güclü, ən modern silahlanmış orduları aparır.İŞİD-ə qarşı mübarizə açıq bəyan edilmiş məqsəd idi. Amma indiki hərbi əməliyyatların mahiyyəti barədə açıq izah verilmir. Çünki İŞİD-in Suriyada ləğv edilməsi rəsmən həm RF, həm də ABŞ tərəfindən təsdiqlənib.İŞİD-i yaradan, onu Suriyaya göndərən də ABŞ idi. İŞİD-in dalınca Suriyaya ABŞ öz hərbçilərini də göndərdi. Suriya bu toqquşmalara dözdü, dağılmadı.İndi ABŞ-ın məqsədi İranı Suriyadan uzaqlaşdırmaqdır. D.Tramp V.Putinlə ilk görüşündə imzaladığı sənəddə Rusiya öz üzərinə İranı Suriyadan çıxarmaq öhdəliyi götürmüşdü. RF bu öhdəliyə riayət edə bilmədi. Əksinə, Putinlə Tramp arasında müqavilənin imzalaması İranı Suriyada hərbi iştirakını artırmağa stimullaşdırdı. İranın Suriyada hərbi iştirakının artması yeni keyfiyyət dəyişikliyi yaratdı; İran Suriya ərazisindən İsrailə və onun maraq dairəsində olan ərazilərə qarşı hərbi aktivlik nümayiş etdirdi.Nəticədə, ABŞ başda olmaqla Qərb koalisiyası və İsrail iki istiqamətdən Suriyanın ərazisindəki İranın hərbi obyektlərini bombalayırlar. İran hərbi iştirakını artırır, ABŞ və İsrail hərbi əməliyyatları şiddətləndirir. Hal-hazırda bu sxem tam gücü ilə fəaliyyətdədir.Ərəb dövlətləri Liqası ABŞ-ın yaxından dəstəyi ilə Suriyaya qoşun yeritməyə hazırlaşırlar. Bu artıq yeni vəziyyətdir. Qərbdən fərqli olaraq Ərəb dövlətləri də regionda yerləşirlər və Suriya Ərəb Respublikasına mənəvi, etnik bağlılıqları İrandan daha çoxdur. Qərb dövlətləri haçansa bu regionu tərk edə bilər. Amma Ərəb dövlətləri ilə İran arasında ədavətin dərinləşməsi ilk növbədə İran üçün problem yaradacaq.ABŞ-ın İŞİD-i Suriyaya göndərməkdə məqsədi bu dövləti dağıtmaq idi. İŞİD bu vəzifəni yerinə yetirə bilmədi. İndi ABŞ-ın və İsrailin Suriya ərazisindən İrana qarşı mübarizəsi Suriyanı dağıda bilər. Suriyanın dövlət olaraq mövcud olması İranın geri çəkilməsindən asılıdır.İran geri çəkilənə oxşamır. Rusiya-ABŞ münasibətləri bir-birinə qarşılıqlı inam yaratmır. Belə vəziyyət Rusiyanın Suriyada İrana qarşı tam gücü ilə mübarizə aparmasına imkan vermir. İranın ABŞ-la gizli danışıqları Domokl qılıncı kimi Rusiyanın başının üstündədir. İran tarixi iddiası olan Rusiya ərazisində kifayət qədər ciddi strukturlaşmağa başlayıb. Bu da Suriya kontekstindən İran-ABŞ münasibətlərinə təsir edə bilər”.

sia.az

Digər xəbərlər