Siyasət

  • 3 298

Sofio Katsarava: Regional təhlükəsizlik Azərbaycanın və Gürcüstanın inkişafının əsas təminatçısıdır

image

Sabitlik Azərbaycanın və Gürcüstanın siyasətində əsas prioritetdir. Regional təhlükəsizlik ölkələrimizin inkişafının əsas təminatçısıdır.

Bu fikirlər Tbilisidə səfərdə olan Azərbaycan Milli Məclisinin deputatlarının bir qrupunun Gürcüstan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədri Sofio Katsarava ilə görüşündə səslənib.
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov səfərin məqsədi barədə məlumat verib, Azərbaycanın Gürcüstan ilə bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. Qeyd olunub ki, dostluq, tərəfdaşlıq və strateji əməkdaşlığın inkişafının gücləndirilməsi həm ikitərəfli, həm də üçtərəfli formatda müzakirə edilməlidir.
Söhbət zamanı iqtisadi-ticarət, energetika sahələrində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sofio Katsarava deyib ki, Azərbaycan ilə uzunmüddətli münasibətlərimizin əsasında dostluq, tərəfdaşlıq və strateji əməkdaşlıq dayanır.
Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri arasında üçtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bildirilib ki, bu formatda əməkdaşlıq çox faydalıdır. Bu ilin əvvəlində Ankarada keçirilən ilk üçtərəfli görüşdə ikitərəfli və üçtərəfli əməkdaşlıq, sabitlik və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Tərəflər regionda sabitliyin təmin olunmasının vacibliyini xüsusi qeyd ediblər. Həmçinin hər üç ölkənin parlamentlərinin xarici əlaqələr komitələri arasında üçtərəfli əməkdaşlığa dair memorandumun imzalanmasının vacibliyi qeyd olunub. Həmin sənədin parlamentlərarası əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəyi bildirilib.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

yap.org.az

Digər xəbərlər