Siyasət

  • 3 682

Deputat: "Danışıqları yalnız Ermənistan və Azərbaycan apara bilər"

image

“Nikol Paşinyan Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi bəyanatlarla bu vaxta qədər Ermənistan hakimiyyətində olmuş "Qarabağ klanı"nı üstələmək istəyir”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib..Millət vəkili bildirib ki, ümumiyyətlə, düşmən dövlətin vətəndaşı olan Paşinyanın Azərbaycan torpağına gəlməsi cinayətdir: “Paşinyan Dağlıq Qarabağa səfər etməklə ilk növbədə Azərbaycanın hava məkanını pozub. Bundan başqa onun Dağlıq Qarabağda yaradılmış qondarma rejim "danışıqlarda tərəf kimi iştirak etməlidir" fikirləri sərsəmləməkdan başqa bir şey deyil. Əslində ermənilər 1992-ci ildən bu fikirdədirlər. Lakin Azərbaycan bunu haqlı olaraq qəbul etmir”.E.Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, sadəcə burada düşmənlərimiz tərəfindən qondarma rejim yaradılıb: “İnşallah, Azərbaycan Ordusunun gücü ilə biz həmin rejimi darmadağın edib cinayətkarları cəzasına çatdıracağıq. Qondarma rejim də heç vaxt danışıqlarda tərəf kimi çıxış etməyəcək. Danışıqları yalnız Ermənistan və Azərbaycan apara bilər".

sia.az

Digər xəbərlər