Siyasət

  • 3 581

Tahir Rzayev: Ölkəmizin ixrac potensialının artması iqtisadiyyat inkişaf baxımından böyük əhəmiyyət daşıyır

image

«Ölkəmizin ixrac potensialının artması iqtisadiyyat inkişaf baxımından böyük əhəmiyyət daşıyır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, idxal-ixrac əməliyyatları, yəni saldonun müsbət olması Azərbaycanın həm milli valyutasının, həm də iqtisadiyyatın ayrı-ayrı sahələrinin normal tempdə olmasından xəbər verir. Onun sözlərinə görə, ixracın artması isə ölkəyə xarici valyutanın daxil olmasına şərait yaradır ki, bu da öz növbəsində manatın möhkəmlənməsinə kömək edir.
«Bizim əsas məqsədimiz Azərbaycana lazım olmayan məhsulların idxalından imtina etməkdir. Çalışmaq lazımdır ki, ticarət balansında müsbət saldo uzun müddət davam etsin. Bu prosesin davam etməsi ölkəmizin xeyrimizədir»- deyə, deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər