Siyasət

  • 3 569

Politoloq: “Yaxın Şərq “qaynayan qazan"a bənzəyir" MÜNASİBƏT

image

“Ümumiyyətlə, Qüds məsələsi ilə bağlı çox mürəkkəb bir şərait yaranıb. Bu şəraitin yaranmasında da ABŞ-la İsrail dövləti kifayət qədər günahkardırlar”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, İsrail dövləti israrla Qüdsü öz paytaxtı elan etməyə və dünya dövlətlərini də bunu tanımağa çağırır: “Bu məqsədlə İsrail Təl-Əvivdəki bütün dövlətlərin səfirliklərini Qüdsə köçürməyi təklif edib. Amma dünyanın böyük əksəriyyəti buna razı deyil. Təkcə ABŞ prezidenti Donald Tramp nəticələri gözləmədən ABŞ səfirliyinin Qüdsə köçürülməsini qərara aldı və bunu da ötən gün həyata keçirdi. Nəticə etibarilə fələstinlilər ayağa qalxdılar və əli yalın şəkildə İsrail əsgərlərinin üstünə getdilər. Onlar Qüdsdən əl çəkməyəcəklərini bildirdilər. Nəticədə 60 nəfər fələstinli öldürüldü, 2400 nəfər isə yaralandı. Bu çox ağır bir nəticədir. Hələ bu azmış kimi İsrail tərəfi fələstinliləri hədələməkdə davam edir.Bunları nəzərə alaraq bu gün BMT-nin iclası çağırılıb. İclasda bu qarşıdurmanın dayandırılması məsələləri müzakirə ediləcək. Sözsüz ki, ABŞ və İsrail dövləti qınanılacaq. Onsuzda Yaxın Şərq “qaynayan qazana” bənzəyir. Belə bir vəziyyətdə ABŞ səfirliyinin Qüdsə köçürülməsinə nə ehtiyac var idi?”.

sia.az

Digər xəbərlər