Siyasət

  • 3 412

Deputat: "Həmsədrlərin görüşündən müsbət nəticə gözləmirəm" MÖVQE

image

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin iyunda Ermənistan rəhbərliyi ilə planlaşdırdığı görüşdən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müsbət heç nə gözləmirəm. Çünki, bu proses 25 ildir ki, diplomatik turizmə çevrilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.Onun sözlərinə görə, illərdir ki, təcavüzkara qarşı heç bir sanksiya müzakirə olunmur, BMT-nin qətnamələri yerinə yetirilmir: “Ermənistan danışıqlar prosesini dəfələrlə pozmasına baxmayaraq heç bir ictimai qınaq yoxdur. Danışıqlar nəticəsizdir, ATƏT-in Minsk qrupu münaqişəni dondurulmuş münaqişəyə çevirir. Bu baxımdan iyunda keçiriləcək görüşdən münaqişənin həllinə dair müsbət nəticə gözləmirəm”.A.Mollazadə qeyd edib ki, Ermənistanda gedən prosesləri də nəzərə aldıqda, yaxın müddətdə problemin həlli istiqamətində müsbət nəticə gözlənilmir: “Hazırki vəziyyətdə münaqişənin heç bir həlli yoxdur. Ermənistanın yeni baş naziri Nikol Paşinyan da bundan öncəki rəhbərlərin fikirlərini ifadə edir. Mənə elə gəlir ki, ümumiyyətlə, Paşinyan və onun inqilabı da hansısa oyunun tərkib hissəsi idi. Səfalətdə olan Ermənistan guya inqilab edir və burada demokratik proseslərin getdiyini nümayiş etdirmək istəyir. Mən hakimiyyət dəyişikliyi nəticəsində Ermənistanın düzgün istiqamətdə inkişafına inanmıram”.Deputat söyləyib ki, baş verənlərlə bağlı Azərbaycan səbirli olmalıdır: “Çünki burada söhbət Ermənistandan getmir. Düşmən ölkənin arxasında təhlükəli qüvvələr dayanır”.Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gün ATƏT-in Minsk qrupunun həmsədrləri Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar. Bəyanatda ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan rəhbərliyi ilə iyunda görüşməyi planlaşdırdıqları qeyd olunub.

sia.az

Digər xəbərlər