Siyasət

  • 6 413

“Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin Varisidir” KONFRANS

image

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin Varisidir” mövzusunda konfrans keçirilir. Tədbirdə millət vəkilləri, tarixçi alimlər, media qurumlarının rəhbərləri, UNEC-in müəllim və tələbələri, ictimaiyyət nümayəndələri iştirak edirlər.Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Çünki bu gün hər bir ziyalı, ictimai-siyasi xadim, bütövlükdə ictimaiyyətin nümayəndələri də bilirlər ki, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir dövrdə meydana gəlib və çox çətin şəraitdə fəaliyyət göstərib.Daha sonra “SƏS” Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olub. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırib. Bu, eyni zamanda, İslam dünyası üçün də mühüm hadisə hesab olunur. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi dəyərləndirib.AMEA-nın müxbir üzvü, millət vəkili Musa Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətini zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyan, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayan bir respublika kimi xarakterizə edib.Tədbirdə millət vəkili Musa Quliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, millət vəkilləri Elman Nəsirli, Rauf Əliyev, Aydın Hüseynov, Azər Badamov, BDU-nun mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru Anar İsgəndərov, ADPU–nun prorektoru Asəf Zamanov, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Sakit Hüseynov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, tarixçi alim Boran Əziz, tarixçi alim Atamoğlan Hacıyev və digərləri çıxış ediblər.

sia.az

Digər xəbərlər