Siyasət

  • 3 815

Azərbaycan MDB PA-nın daimi komissiyasında təmsil olunur

image

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə MDB-yə üzv dövlətlər üçün Miqrasiya Məcəlləsinin və Əmək Məcəlləsinin model layihələrinə baxılacaq, quruma üzv ölkələrdə miqrasiya sahəsində qanunvericilik, 2016-2020-ci illərdə şəkərli diabetin profilaktikası və müalicəsi ilə bağlı əməkdaşlıq proqramının həyata keçirilməsi, əhalinin əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məsləhət Şurasının fəaliyyəti və digər məsələlər barədə məlumat veriləcək.Milli Məclisin komitə sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.

sia.az

Digər xəbərlər