Siyasət

  • 3 966

YAP İcra katibinin müavini Siyavuş Novruzov İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə görüşüb

image

Mayın 17-də YAP İcra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov İran İslam Respublikasının Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arifzadə ilə partiyanın mənzil qərargahında görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Siyavuş Novruzov Azərbaycan ilə İran arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin daha da inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.
Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcəkdir.

yap.org.az.

Digər xəbərlər