Siyasət

  • 3 329

Elman Nəsirov: Paşinyan böyük siyasətdə özünü qeyri-ciddi və peşəkarlıqdan uzaq bir siyasətçi kimi təqdim etməkdədir

image

«Rusiyada Ermənistanın yeni baş naziri Paşinyana inamsızlıq var». Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Paşinyan hələ də özünü baş nazir yox, küçə lideri, qəhrəmanı kimi aparmaq istəyir. O hələ dərk etmir ki, dövlətə cavabdehlik daşıyır. Əgər dərk etsəydi, fikirlərində dəqiq olardı və buna görə məsuliyyət daşıyardı.
«Paşinyan baş nazir seçilənə qədər ölkəsinin Avrasiya İttifaqından çıxacağını bəyan edirdi. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqdan bəhs edirdi. İndi isə Soçidə Avrasiya İttifaqının tədbirinə gedir və həmçinin orada Rusiya ilə bütün münasibətlərin qorunub saxlanacağını və daha da inkişaf etdiriləcəyindən danışıb. Bu adamın dilindən tamamilə bir-birinə zidd, bir-birini təkzib edən fikirlər səslənib. Ona görə də Paşinyana qeyri-ciddi siyasətçi kimi yanaşırlar. Artıq indidən Rusiya siyasi dairələrinə belə fikir var ki, o, bu cür davranışı, manevrləri ilə hakimiyyətdə uzun müddət qala bilməyəcək”. Yeni baş nazir böyük siyasətdə özünü qeyri-ciddi və peşəkarlıqdan uzaq bir siyasətçi kimi təqdim etməkdədir»-deyə, deputat vurğulayıb.

yap.org.az

Digər xəbərlər