Siyasət

  • 4 580

Musa Quliyev: “Xədicə İsmayıl kimilərin xislətində dağıdıcılıq var” MÜNASİBƏT

image

“Azərbaycan əleyhinə apardıqları kampaniyanın müqabilində hər il jurnalist və siyasətçi adı ilə bəzi beynəlxalq qurumlardan böyük miqdarda qrant alanlar arasında qarşıdurmanın pik həddə çatması deqlasiyanın və vətəndaş hissinin olmamasının göstəricisidir. Həmçinin bu, xəyanətkarların sonda öz niyyətlərinin qurbanı olmasının göstəricisidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Deputatın sözlərinə görə, öz Vətəninə, dövlətinə, millətinə qarşı hər hansı bir qüvvənin verdiyi pul müqabilində xəyanətkar mövqe tutan insanlar hansı millətdən, hansı dövrdə olmasından asılı olmayaraq həmişə aqibətli olublar. Bunların xislətində bir dağıdıcılıq, neqativlik var. O neqativlikdə istər-istəməz bir-birinə qarşı çevriləcəkdir. Biz bu təcrübələri, nümunələri çox görmüşük. Yəni Xədicə İsmayıl, Sevinc Osmanqızı və digərləri haqqında danışmağa heç lüzum da görmürəm. Onlar nə qədər hökumətə, millətə qarşı ləyaqətsiz hərəkət ediblərsə, indi də özləri bir-birinə qarşı o hərəkətləri təkrar edəcəklər”.

sia.az

Digər xəbərlər