Siyasət

  • 3 671

Aydın Quliyev: “Qrant alanlar iç üzlərini ortaya qoyurlar” AÇIQLAMA

image

“Ümumiyyətlə kim olursa-olsun, onun fəaliyyətinin motivləri sağlam olmayanda onun arxasındakı qeyri-sağlam motivlər, mətləblər gec-tez açılır”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.Onun sözlərinə görə, heç kimi siyasi baxışlarına, azad fikirlərinə görə günahlandırmaq fikrində deyilik: “Kimlərsə istəyər Azərbaycandakı vəziyyəti müsbət şəkildə görə bilər və yaxud da əksinə fərqli şəkildə təqdim edə bilər. Amma bütün hallarda motiv gərək sağlam olsun. Yoxsa haradansa alınan qrantların dövriyyəyə buraxılması xatirinə Azərbaycana qərəzli münasibət göstərmək və yaxud da ki kiminsə sifarişi ilə münasibət müəyyənləşdirmək bu həm o insanların özünə ziyandır, həm də ölkədəki bütün reallıqları göstərmək baxımından ziyanlıdır. Həmçinin gec-tez bu adamların o motivləri açılır. Bəlli olur ki, indiyədək Azərbaycandakı vəziyyətlə əlaqədar müxtəlif tribunalarda fikirlər söyləyənlər, qarayaxma kampaniyası aparanlar müxtəlif qrantlarla və yaxud da müəyyən dairələrin sifarişləri ilə hərəkət ediblər. Əgər Azərbaycana münasibətdə motivlər sağlam olsa, belə hərəkətlər də olmazdı”.

sia.az

Digər xəbərlər