Siyasət

  • 6 223

Suraxanıda Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

image

YAP Suraxanı rayon təşkilatının təşkilatçılığı ilə rayonun 114 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək, Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin Prezident Cənab İlham Əliyevin 16 may 2017-ci il tarixdə imzaladığı Sərəncamla dövlət səviyyəsində geniş şəkildə qeyd edildiyini bildirib.AXC-nin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və cəmi 23 ay fəaliyyət göstərdiyini bildirən rayon təşkilat sədri bu tarixin xalqımızın yaddaşında ən parlaq səhifələrindən biri kimi əbədi yer tutduğunu bildirib: "Azərbaycan Xalq Cümhuriyyəti qısa bir zaman ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. Ulu Öndər Heydər Əliyev daim bildirirdi ki, tariximizin hər bir səhifəsi bizim üçün əziz olmalıdır. Bu tarixi həqiqətlər müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıb".Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin dövlətçilik, müstəqillik ənənələrimizi yaşatmağımızdan, tariximizə verilən dəyərdən qaynaqlandığını bildirən V. Seyidov Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin bu sahədəki siyasətinə də sadiqliyini göstərdiyini diqqətə çatdırıb.Qeyd edib ki, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir: "Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Cümhuriyyətin sağlam təməlləri üzərində qurulmuş müasir Azərbaycan dövləti Cənab İlham Əliyevin rəhbərliyi ilə bu ali dəyərləri özündə daşımaqla bərabər, inkişaf edir, yenilənir, qədimləşir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi sevindirir və qürurlandırır".Tədbirdə 114 saylı tam orta məktəbin direktoru Ceyran Novruzova çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq, Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildiyini, Azərbaycan bayrağının, himninin və gerbinin və s. yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, 28 May Azərbaycan Respublikasının müstəqillik arzularının gerçəkləşdiyi gün olaraq hər zaman xatırlanır və dövlət bayramı kimi qeyd olunur.Tədbirdə şagirdlərin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya və video-çarx təqdim olunub.

sia.az

Digər xəbərlər