Siyasət

  • 3 525

Mərkəz sədri: “Paşinyan Putindən istədiyini ala bilmədi” ŞƏRH

image

“Bütün siyasi kredosu Avrasiya İqtisadi Birliyi və KTMT-nin əleyhinə yönəlmiş Nikol Paşinyan baş nazir olmaq ərəfəsində RF, AİB və KTMT barədə ancaq müsbət fikirlər səsləndirdi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Politoloqun sözlərinə görə, Nikol Paşinyanın riyakarlığının ikinci bir əlaməti onun Dağlıq Qarabağ münaqişəsini müzakirəyə çıxarmağa cəhd etməsidir: “Amma burada da çox maraqlı mənzərə yaranıb. Ətrafı N.Paşinyanın Belarusun Azərbaycana silah satmasını A.Lukaşenko ilə müzakirə etdiyini mətbuata çıxara bildi. N.Paşinyan özünü Dağlıq Qarabağ mövzusunda patriot göstərmək istəyir. Analitik ağılı zəif olduğu üçün isə anlamadı ki, A.Lukaşenko ilə Azərbaycana silah satmasını müzakirə etməsi Dağlıq Qarabağ məsələsini daha kəskin şəkildə ortalığa qoydu. Belarus əgər Azərbaycana silah satıbsa, da bu elə də böyük miqdarda deyil. Ermənistan həmişə Rusiyanın Azərbaycana silah satmasından narahat olub və Ermənistanın ictimai-siyasi mühiti daim bu məsələni gündəlikdə saxlayıb. N. Paşinyan Soçidə A.Lukaşenkodan qabaq RF prezidenti V. Putinlə görüşüb. Dağlıq Qarabağ kontekstindən onun V. Putinlə görüşü barədə 2 istiqamətdə mülahizə yürütmək olar:

I. N. Paşinyan Dağlıq Qarabağ məsələsini V.Putinlə müzakirə edə bilməyib. Hər halda Nikol Paşinyanın buna siyasi iradəsi olub. Əgər müzakirə olunmayıbsa demək buna Putin razı olmayıb.
II. N. Paşinyan Putinlə Dağlıq Qarabağ və Rusiyanın Azərbaycana silah satması məsələsini müzakirəyə çıxarıb, sadəcə aldığı cavab Ermənistan prizmasından kəskin neqativ olduğu üçün o barədə danışmaq istəmir.
Bu onu göstərdi ki, Ermənistanın yeni baş naziri N. Paşinyan və onun komandası Dağlıq Qarabağ məsələsinə hətta yaxınlaşmaq gücündə deyil. N. Paşinyan Dağlıq Qarabağ məsələsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Rusiyanın hazırladığı planın yaxşı icraçısı ola bilər. Bundan o yana Nikol Paşinyan və onun komandasının resursu yoxdur. Bu proqramı icra etməklə o Rusiya, Aİ və yaxud ABŞ-dan nəsə divident ala bilər.
N.Paşinyanın diqqətinə çatdıraq ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində 3 prinsip əsas götürülür:
I. Güc tətbiq etməmək prinsipi. Ermənistan artıq güc tətbiq edib. Onun işğalçı qoşunları Azərbaycan Respublikasının ərazisindədir. N.Paşinyan güc tətbiq etməyin əlamətlərini aradan qaldırmalıdır: Qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır.
II. Ərazi bütövlüyü prinsipi. Nikol Paşinyan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Bu BMT-nin qətnamələrində, ATƏT-in Minsk Qrupunun hazırladığı sənədlərdə belədir.
III. Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsipi.
N. Paşinyan Azərbaycanın ərazi bütövlüyü daxilində Dağlıq Qarabağ erməniləri ilə Dağlıq Qarabağ azərbaycanlılarına bərabər yanaşaraq Dağlıq Qarabağın statusunun müəyyən olunmasına çalışmalıdır.Bunun əvəzində Nikol Paşinyan ABŞ və Rusiya tərəfdən nəsə bir divident istəsə bunu əldə edə bilər. O da indi yaxın zamanlarda, uzun çək-çevir etməməlidir. Bir müddət sonra Nikol Paşinyanın hakimiyyəti nüfuzdan düşəndən sonra o heç bu dividenti də əldə edə bilməyəcək”.

sia.az

Digər xəbərlər