Siyasət

  • 4 081

Siyavuş Novruzov: "Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır"

image

"AŞPA-nın qərarı ilə bağlı məsələdə söhbət Səməd Seyidovdan deyil, ümumilikdə Azəbaycandan gedir. AŞPA-da atılan addımlar Azərbaycana, ölkəmizin iqtisadi inkişafına qarşı atılan addımdır. Azərbaycanı gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda fəaliyyət göstərən nümayəndə heyətlərimizin üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər: “Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, ölkəmizə qarşı belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdəə işimizi davam etirməli, ölkəmizin maraqlarını bütün çərivələrdə müdafiə etməliyik”.

sia.az

Digər xəbərlər