Siyasət

  • 4 133

Fəzail İbrahimli: "Onların məqsədi Azərbaycanın inkişafına mane olmaqdır"

image

Milli Məclisin yaz sessiyasının plenar iclasında cari məsələlərin müzakirəsinə başlanılıb. SİA-nın xəbərinə görə, müzakirələrdə ilk çıxış edən Milli Məclisin deputatı Fəzail İbrahimli söyləyib ki, dünyada baş verənləri nəzərdən keçirsək, deyə bilərik ki, Azərbaycan yer üzündə ən sabit məmləkətdir: “Məhz bu, böyük dövlətlərin ölkəmizə marağı artır, Azərbaycan qarşı iti caynaqların uzanmasına, mənfur baxışların dikilməsinə şərait yaradır”.AŞPA-da Azərbaycan qarşı tətbiq edilən sanksiyaların buna kökləndiyini deyən deputata söyləyib ki, onların məqsədi Azərbaycanın inkişafına mane olmaqdır: “Amma hədəf nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov oldu. Çünki o, nümayəndə heyətinin rəhbəri idi. Nədənsə, AŞPA-da bu ailəyə sonradan gələn nümayəndələrə qarşı ikinci dərəcəli yanaşma var. Amma qarşılarında Azərbaycan siyasətini qətiyyətlə aparan və avropalılarla onların dilində danışan Səməd Seyidov var idi ki, onu də ləkələyib kənara çıxmaq istədilər. Səməd Seyidov bütün oyunları vaxtında bilən, onlara layiqli cavab verən şəxs idi. Əminəm ki, bütün bunlara baxmyaraq, nümayəndə heyətimiz bundan sonra oradakı fəaliyyətini daha da qətiyyətlə həyata keçirəcək”.

sia.az

Digər xəbərlər