Siyasət

  • 3 999

Binəqədidə Cümhuriyyətin yaranmasının 100-cü ildönümü ilə bağlı iməcilik keçirilib

image

Binəqədi Rayon İcra Hakimiyyəti, IDEA Ictimai Birliyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayonu Gənclər və İdman Idarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr edilmiş ümumrayon iməciliyi keçirilib.Binəqədi RİH-dən SİA-ya verilən məlumata görə, RİH başçısının aparatı, IDEA ictimai birliyinin rəhbər heyəti və könüllüləri, Rayon ictimaiyyəti, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri, Binəqədi rayonu Gənclər və İdman idarəsinin könüllüləri, ASAN könüllülərin iştirakı ilə həyata keçirilən iməcilik zamanı 1000-ə qədər eldar şamı, küknar və tuya dekorativ ağacları, o cümlədən gül kolları əkilib.Vətənpərvərlik mahnıları sədaları altında keçirilən iməcliyin sonunda iştirakçılar üçün çay süfrəsi verilib.

sia.az

Digər xəbərlər