Siyasət

  • 4 405

Daniel Popescu: "Avropa Şurası kamil deyil"

image

"Bakıda olmağımdan məmnunam. Bu Bakıya ilk səfərimdir. Azərbaycanda vəziyyətlə bağlı o qədər də məlumatlı deyiləm. Mən müdaxilə etməyəcəm, sadəcə qulaq asıb buradakı vəziyyəti öyrənəcəm". SİA-nın xəbərinə görə, bu fikirləri Avropa Şurası Demokratiya Baş Direktorluğunun idarəçilik departamentinin rəhbəri Daniel Popescu Bakıda keçirilən Qərarların Qəbulu Prosesində Vətəndaş İştirakçılığı adlı konfransın açılış mərasimində çıxış edərkən deyib.30 il bundan əvvəl Rumıniyada kommunizm dağıldıqdan sonra orada vətəndaş İttifaqının yaradılmasına kömək etdiyini deyən departamentin rəhbəri söyləyib ki, orada çox vədverən şəxslər var idi: "Lakin nəticədə bu ittifaq radikal solcuya çevrildi, iki qəzet yoxa çıxdı, vədedici partiya bölündü, mən onlardan istefa etdim. Uzun müddətdir ki, mən Avropa Şurasında fəaliyyət göstərirəm və ora üzv dövlətlərinin özündə də çox pis idarəçilik görmüşəm. Heç bir qurum, hökumət, parlament hətta Avropa Şurası belə kamil deyil. Vaxtilə Çörçil demişdi ki, demokratiya idarəetmə sistemlərindən ən pisi olsa da, bundan yaxşısı da yoxdur"."Hökumətlər birgə fəaliyyət göstərməlidirlər. Azərbaycan digər ölkələrə baxıb. digərləri də başqalarına baxıb ruhlanan bilər. Burada etimad, inam sisteminin yaradılması vacibdir. Azərbaycanda biz assosiasiyalarının fəaliyyətinin gücləndirilməsinə çalışmışıq. Bu sahədə müvəffəqiyyət əldə etmişik. Artıq vətəndaş cəmiyyətinin iştirakçılığı üçün qanunvericiliyin təkmilləşdirilməsi vacibdir. Onların fəaliyyətini, qərarların qəbulunda iştirakını gücləndirilməlidir. Biz həll yollarını təklif etməyə, bu işdə kömək etməyə gəlmişik. Əlbəttə ki, köməyimizə ehtiyac olsa. Amma bunun icrası sizdən asılıdır. Azərbaycanda vəziyyətlə bağlı o qədər də məlumatlı deyiləm. Mən müdaxilə etməyəcəm, sadəcə qulaq asıb buradakı vəziyyəti öyrənəcəm. Arzularınız haqqında biliklər əldə edib, Avropa Şurasının sizə necə kömək etməsi ilə bağlı arzularınızı öyrənəcəm", deyə departament rəhbəri bildirib.

yap.org.az

Digər xəbərlər