Əli Hüseynli: "Qərarların qəbulu prosesində daha da irəli getməliyik"

"Qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı demokratiyanın əsas göstəricisidir. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atılıb". SİA-nın xəbərinə görə, bunu Milli məclisin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli Bakıda keçirilən konfransda deyib.O bildirib ki, Azərbaycanda qanunların qəbulundan vətəndaş cəmiyyətinin iştirakçılığı təşkil olunur: "Amma müzakirələr onu göstərir ki, biz bu istiqamətdə daha çox işlər görməli, irəliyə getməliyik. Bildiyiniz kimi, 4 il bundan öncə Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Bu dövr ərzində qanunvericiliyimizn təkmilləşməsinə vətəndaş cəmiyyəti mühüm rola malikdir. Bilirsiniz ki, ölkəmizdə yeni hökumət formalaşıb. Bundan sonra da bu istiqamətdə daha mühüm addımlar atılacaq. Qərarların qəbulu prosesində Azərbaycan Avropa Şurasını dinləməyə hazırdır. Hesab edirəm ki, biz birlikdə vətəndaş cəmiyyətinin iştirakçılığı ilə mühüm qərarlar qəbul edəcək. Bu məsələdə onlarla yekdillik".

sia.az