Siyasət

  • 3 488

Mərkəz sədri: "Kazimirov Petrosyanın aktivliyindən hədsiz narahatdır" ŞƏRH

image

“ATƏT-in Minsk Qrupunun keçmiş sədri Vladimir Kazimirov qəflətən Ermənistana gəldi”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.Onun sözlərinə görə, həmişə ermənipərəst mövqedə olan Kazimirovun mətbuatda son çıxışı Vigen Sərkisyanla Levon Ter-Petrosyan arasında Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tərəf olması barədə mübahisəyə nöqtə qoymasından ibarət oldu: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tərəfidir. Dağlıq Qarabağ erməniləri və Dağlıq Qarabağ azərbaycanlıları isə bu münaqişədə maraqlı və yaxud cəlb olunmuş tərəflərdir. Bunu Ermənistan rəsmilərindən başqa hamı bilir. Serj Sərkisyanın komanda seçimində xüsusiyyətlərdən biri də komandanın üzvləri ilə həqiqət arasındakı məsafə yerlə-ay arasında olan məsafəyə bərabər olması idi. Ona görə istər Edvard Nalbandyan istər V.Sərkisyan istərsə də E.Nalbandyanın müavini Şavarş Köçaryan həqiqəti heç vaxt özlərinə yaxın buraxmayıblar. Ermənistan rəsmilərinin Dağlıq Qarabağ tənzimlənməsi mövzusunu bilməməsi Kazimirovu qorxutdu; Yaranmış vəziyyətdən eks-prezident L.Ter-Petrosyan istifadə edib Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı öz konsepsiyasını ortalığa qoya bilər. Bu konsepsiyaya görə Dağlıq Qarabağ məsələsi mərhələli həll variantı üzrə Azərbaycanın maraqlarına uyğun şəkildə həllini tapır. Ermənistanın maraqları Azərbaycanla iqtisadi əlaqələr, kommunikasiyaların açılması və investisiyaların cəlb olunması formasında ödənilib. 1997-ci ildə bu model özünü çox gözəl doğrulda bilərdi və L.Ter-Petrosyanın hiyləgərliyi aşkar şəkildə üzdə idi. Onun Dağlıq Qarabağı Azərbaycana qaytarması müvəqqəti hal ola bilərdi. Azərbaycanın enerji kommunikasiyaları hesabına güclənən Ermənistan yenidən Dağlıq Qarabağı özünə və bu dəfə artıq birdəfəlik qaytara bilərdi.İndi artıq 1997-ci il deyil. Amma L.Ter-Petrosyan başa düşür ki, indi də Dağlıq Qarabağ münaqişəsinin həllinin yubanması Ermənistanı uçuruma aparan ən birinci faktordur. Ona görə Ermənistanı uçurumdan saxlamağın yeganə yolu Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olmaqdır.İstər o vaxt, istər indi Ermənistanda ağıllı rəhbər indi heç kimə lazım deyil. Erməni liderinin hamını qane edən obrazı miflər əsatiri və antiAzərbaycancı olmaqdır. Yeri gəlmişkən, L.Ter-Petrosyan da vaxtı ilə bu “erməni qızılcasına” yoluxub.Uzun müddət aşkar şəkildə ermənipərəstliklə məşğul olmuş və aşkar şəkildə ermənipərəst mövqeyinə görə Azərbaycanın keçmiş prezidenti, Ümummilli Lider Heydər Əliyev tərəfindən kəskin tənqid olunmuş Kazimirov başıalovlu Ermənistana gəldi və Nikol Paşinyan hakimiyyətini ayıltmaq, o dövrdə olan bəzi şeyləri L.Ter-Petrosyanın “yadına salmaq” niyyətindədir.Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Kazimirov şəxsən maraqlı deyil. Çünki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi ermənilərin siyasi dəsti-xəttidir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi Kazimirov üçün maliyyə və PR resurs mənbəyi olub. İndi Ermənistanda hakimiyyət dəyişir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin qarşısını almaqda özünün rolunu yenidən nümayiş etdirmək Kazimirova lazımdır. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı məhz ən çox qazananın Ermənistan-Rusiya münasibətləri olaması Kazimirov üçün maraqlı deyil; Dağlıq Qarabağ münaqişəsi həll olunarsa Mehri dəmir yolu açılır. Bu isə Ermənistanla Rusiyanın arasında dəmiryolu əlaqələrin bərpa olunması anlamındadır.L.Ter-Petrosyan da kifayət qədər təcrübəlidir və başa düşür ki, Rusiya L.Ter-Petrosyanın özünün ehtimali hakimiyyətə gəlməsindən narahatdır.N.Paşinyanın inqilabı L.Ter-Petrosyanı dəbə mindirdi; Xarici ölkə diplomatları onunla görüşmək üçün “növbəyə dayanıblar”. L.Ter-Petrosyan açıq şəkildə N.Paşinyanı müdafiə edir.Azərbaycanda da Kazimirova bələddirlər. Onu necə susdurmaq lazım olduğunu da bilirlər. Amma ən yaxşısı Kazimirovun Rusiyanın köklü maraqlarını nəzərə almasıdır.Rusiyada müəyyən qüvvələr Dağlıq Qarabağ münaqişəsinin həll olunması perspektivindən narahatdırlar. Onların fikrincə, Ermənistanda gedən proseslər Dağlıq Qarabağ heç nəsiz Azərbaycanın tərkibinə qayıtmasına gətirib çıxara bilər. Rusiyada müəyyən qrup adamlar isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasından xeyli divident əldə etmək istəyirlər. Ola bilər, Kazimirov həm də bu qurumların təmsilçisidir”.

sia.az

Digər xəbərlər