Siyasət

  • 3 781

Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək

image

Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın Siyasi İşlər və Demokratiya Komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 23-dək Yunanıstanda səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, ölkənin paytaxtı Afinada keçiriləcək toplantıda Misirdə siyasi vəziyyət, Antikorrupsiya Konvensiyası üzrə Avropa Akademik Şəbəkəsinin yaradılması, terrordan zərərçəkənlərin müdafiəsi, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri məsələləri müzakirə ediləcək.Deputatımız müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.

sia.az

Digər xəbərlər