Büdcə hesabatı Milli Məclisdə müzakirə ediləcək

Hesablama Palatasının növbəti kollegiya iclasında “2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata qurumun rəyi geniş müzakirə edilib. SİA-nın Palataya istinadən verdiyi xəbərə görə, rəydə dövlət büdcəsinin gəlirləri, xərcləri, həmçinin dövlət borcu ilə bağlı ətraflı təhlillərin əks olunduğu, məlumat bazasının genişləndirildiyi qeyd edilib, rəyin strukturunda təkmilləşdirilmə aparıldığı diqqətə çatdırılıb.İclasda rəy barədə fikir və təkliflər bildirilib, qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisdə müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.

sia.az