Siyasət

  • 4 160

Musa Qasımlı: “Serbiya ilə münasibətlərimizin böyük perspektivləri var”

image

Ötən gün Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsndə Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib. Daha sonra Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.Səfərin əhəmiyyəti və iki ölkə arasındakı əlaqələrlə bağlı SİA-ya açıqlama verən millət vəkili Musa Qasımlı deyib ki, Azərbaycan Respublikasının xarici siyasətində Balkan istiqaməti mühüm yerlərdən birini tutur: “Serbiya ilə münasibətlərə xüsusi yer ayrılır. Serbiya Respublikası prezidentinin ölkəmizə səfəri zamanı bir çox məsələlərin müzakirə edilməsi və müqavilələrin imzalanması əhəmiyyətlidir. Səfər göstərdi ki, iki ölkə arasında münasibətlərin böyük potensialı və perspektivləri vardır”.Qeyd edək ki, mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin şərəfinə rəsmi ziyafət verilib. Serbiya dövlətinin başçısı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidentinə minnətdarlığını çatdırıb.

sia.az

Digər xəbərlər