Siyasət

  • 3 270

Kaliforniya qubernatoru: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrilib

image

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Baş konsulluğa ünvanlanmış bəyannamədə qubernator qeyd edir: “Kaliforniya ştatı adından müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika olan və ilk dəfə qadınlara səsvermə hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycanı təbrik etməkdən şərəf duyuram”.
E.Braun sənəddə Azərbaycanın qədim tarixə malik tolerantlıq ənənələrini, ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilər arasında dinlərarası harmoniyanı və onların sülh şəraitində birgəyaşayışını yüksək qiymətləndirdiyini vurğulayır. Qubernator on minlərlə azərbaycanlının bu gün Kaliforniyada yaşayaraq, bu ştatın inkişafına və multikulturalizminə öz töhfələrini verdiyini diqqətə çatdırır. O, həmçinin 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra onu gücləndirdiyini, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edir.
Sonda qubernator Azərbaycan xalqını bir daha bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycana bundan sonra da uğurlar arzu edir.
Qeyd edək ki, 39 milyon əhalisi olan Kaliforniya ştatı əhalisi və iqtisadi gücünə görə ABŞ-ın ən böyük ştatıdır. 2,7 trilyon dollarlıq ümumi daxili məhsula malik bu ştat ötən ay Böyük Britaniyanı qabaqlayaraq dünyanın ən güclü 5-ci iqtisadiyyatı olub. Bir milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən sıx yaşadığı məkanlardandır.

sia.az

Digər xəbərlər