Siyasət

  • 3 205

Elman Məmmədov: “Rusiya dediklərinin əksinə hərəkətlər edir” ŞƏRH

image

“Keçmiş post-Sovet məkanında müvəqqəti mövcud olan qeyri-qanuni cinayətkar, separatçı qurumların (Dağlıq Qarabağda olan, Gürcüstan, Ukrayna ərazisində olan və s.) hamısının yaranmasının səbəbkarı birbaşa Rusiya Federasiyasıdır. Yəni bunlar Rusiyanın məqsədli şəkildə yaratdığı qurumlardır. Bu dövlətlərə təzyiq göstərmək, bu dövlətləri özünə tabe etmək üçün, eləcə də bu dövlətləri özünün istədiyi qaydada idarə etməyə çalışması üçündür”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 1988-ci ildən başlayaraq tədricən hissə-hissə işğal olunması, sonra isə orada qondarma "Dağlıq Qarabağ Respublikası" adlanan qurumun yaradılması, Gürcüstanda - Osetiyada, Abxaziyada olan qurumlar, Ukrayna ərazisində Uqandskidə, Doneskidə olan qurumlar, Moldova ərazisində Dnestryanı qurum və s. hamısı heç kimə sirr deyil: “Mən diplomatiyadan kənar, səmimi bir vətəndaş kimi öz fikrimi, həqiqəti söyləyirəm. Bu gün də Rusiyanın onlarla görüşməsi təbii ki, Azərbaycanla olan münasibətlərə soyuqluq gətirir, əməkdaşlığımıza, tərəfdaşlığımıza, müəyyən əlaqələrimizə zərər vurur. Mən bunu Azərbaycanın ərazi bütövlüyünə Rusiya tərəfindən olan hörmətsizlik kimi dəyərləndirirəm.Çünki rəsmi Moskva hər dəfə bəyan edir ki, biz Azərbaycanla qonşu dövlətik, əməkdaşıq, tərəfdaşıq, bütün münasibətlərimiz yüksək səviyyədə inkişaf edib, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və ona hörmətlə yanaşırıq. Ancaq bu sözlərdən sonra bu birinci dəfə deyil. Dəfələrlə Rusiya bu dediklərinin əksinə hərəkətlər edir. Məsələn, işğalçı dövləti dəfələrlə milyard dollarlıq silah-sursatla təmin edir, onun hava məkanını, sərhədlərini qoruyur, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış cinayətkar, separatçı quruma müxtəlif yollarla dəstək göstərir və s. Bu Rusiyaya qonşu dövlət kimi hörmət gətirmir”.

sia.az

Digər xəbərlər