Siyasət

  • 3 948

"Azərbaycanla Serbiyanın separatçılara münasibəti eynidir" AÇIQLAMA

image

“Azərbaycanla Serbiya arasında münasibətlərdə separatçı qurumlarla bağlı mövqeyimizin üst-üstə düşməsi ayrıca yer tutur. Bildiyiniz kimi Serbiyanın da separatçılıqla bağlı problemləri var. Belə ki, Kosova problemi Serbiyanın üzləşdiyi problemdir və ötən gün Azərbaycan və Serbiya Prezidentləri arasında keçirilən görüşdə bununla bağlı danışıqlar gedib və məsələ ətrafında müzakirələr aparılıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.Politoloq bildirib ki, ölkəmizin ən yaxın müttəfiqi olan Türkiyə Kosovanı müsəlman dövləti olaraq tanısa da, Azərbaycan öz siyasi kursuna sadiq qalaraq heç bir separatçı rejimi tanımaq istəmir: “Çünki bizim də bu kimi problemimiz var və uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparıcı və işğalçı ölkə Ermənistanla danışıqlar formatındayıq”.Serbiyanın Balkan yarımadasının ən mühüm, açar dövlətlərindən biri olduğunu qeyd edən F. Sadıqov söyləyib ki, Azərbaycanla Serbiya arasında humanitar münasibətlər yüksək səviyyədədir. “İki ölkə arasında humanitar sahədə olan münasibətlərin daha da inkişaf etdirilməsi nəzərdə tutulub. Serbiya ilə Azərbaycan arasında ticarət əlaqələri də inkişaf etməkdədir ki, bu sahə ilə bağlı da qarşıda ciddi addımlar atılacaq. Artıq bununla bağlı ölkə başçıları arasında razılaşmalar əldə olunub”.Məlumat üçün nəzərinizə çatdıraq ki, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçi mayın 21-də Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan-Serbiya prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.

sia.az

Digər xəbərlər