Siyasət

  • 3 519

Deputat: "Azərbaycan tərəfi Rusiyanın mövqeyindən narazıdır" ŞƏRH

image

“Rusiya ATƏT-in Minsk qrupu həmsədrlərindən biridir. Azərbaycanla strateji müttəfiqliyə malik olan Rusiyanın işğal edilmiş ərazinin nümayəndəsi ilə ünsiyyəti yol verilməzdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.Deputatın sözlərinə görə, Rusiyanın hər addımı diqqətlə izlənilir: “Əgər qonşu ölkənin nümayəndəsi ilə separatçı qurum arasında görüş olubsa da belə Rusiyanın xarici işlər nazirinin sözçüsü məsələ ilə bağlı kobud və diplomatiyaya uyğun cavab verməməli idi”.A.Mirzəzadə qeyd edib ki, Azərbaycan tərəfi Rusiyanın belə mövqeyindən çox narazıdır: “Rusiyanın istənilən şəxsi bilməlidir ki, onun istənilən görüşü, açıqlaması şəxsi adı deyil, ümumilikdə Rusiya dövlətinin adını daşıyır. Düzdür, Rusiya işğal edilmiş zonadakı rejimi tanımır və ölkəmizin ərazi bütövlüyünü təsdiqləyir. Ancaq bununla belə Rusiyanın XİN nümayəndəsinin işğal edilmiş zonanın nümayəndəsi ilə söhbəti, digərinin isə Azərbaycana istehza ilə cavab verməsi iki dost ölkə arasında yol verməz məsələdir. İnanıram ki, Azərbaycan tərəfi diplomatik kanallarla bu məsələlərə aydınlıq gətirməyə çalışacaq”.Məlumat üçün nəzərinizə çatdıraq ki, bir müddət əvvəl Abxaziyanın “prezidenti” Raul Xadjimba və Rusiya XİN-nin 4-cü MDB idarəsinin rəisi Aleksey Pavlovski, Dnestryanı, Cənubi Osetiya Dağlıq Qarabağ separatçılarının təmsilçiləri ilə görüşüblər. Azərbaycanın Xarici İşlər Nazirliyi bu görüşün regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndirsə də, buna cavab olaraq da Rusiya XİN-nin məlumatında qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi konkret beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin nümayəndələri ilə təsadüfən “üz-üzə” gəlmək olar deyə iştirakdan imtina etməyi heç vaxt nəzərdə tutmayıb”

sia.az

Digər xəbərlər