Siyasət

  • 3 731

Andrey Lopuşanski: Azərbaycanın ötən 100 ildə əldə etdiyi uğurlar dost ölkə kimi Ukraynanı çox sevindirir

image

Azərbaycanın ötən 100 ildə əldə etdiyi uğurlar dost ölkə kimi Ukraynanı çox sevindirir. Bu fikri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı açıqlamasında Ukrayna Ali Radasının deputatı Andrey Lopuşanski söyləyib.

Deputat qeyd edib ki, əsrin əvvəllərində Azərbaycan xalqı necə öz cəsarətini nümayiş etdirib azadlığını əldə etmişdisə, əsrin sonlarında onların davamçıları da öz siyasi iradələrini ortaya qoydular. Azərbaycan öz müstəqilliyini bərpa edərkən qədim dövlətçilik ənənələrinə sadiqliyini nümayiş etdirdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etdi. Müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin uzaqgörən siyasəti və onun layiqli davamçısı Prezident İlham Əliyevin praqmatik siyasəti ölkənizi dünya dövlətləri arasında nüfuz sahibi edib.
Deputat vurğulayıb ki, Azərbaycan və Ukrayna arasında münasibətlər səmimiyyət, dostluq və strateji əməkdaşlıq üzərində qurulub.

yap.org.az

Digər xəbərlər