Siyasət

  • 3 211

Gəncədə Ulu öndərin 95-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir

image

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir.

Şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən tədbirlər çərçivəsində gənclər “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışında, “Şahmat” və stolüstü tennis türnirlərində bilik və bacarıqlarını sınayıblar. Bu dəfə isə futzal üzrə yarışlara start verilib.
Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan birincilikdə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrindən ibarət komandalar iştirak edib.
Yarışın açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
YAP Gəncə şəhər təşkilatı ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov, təşkilat şöbəsinin müdiri İsmayıl İsmayılov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və yarışın baş hakimi Rasim Həsənov çıxış edərək, iştirakçılara uğurlar arzu ediblər. Onlar Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, gücləndirilməsi sahəsində misilsiz xidmətlərindən danışıblar.
Futzal üzrə birinciliyə start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda I yerə Gəncə Dövlət Universitetinin komandası, II yerə isə Gəncə Dövlət Regional Kolleci sahib olub.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə keçirilən yarışlar Kapital Bankın və ABC telekom şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

yap.org.az

Digər xəbərlər