Siyasət

  • 3 675

"Rusiya problemin həllinə mane ola bilməyəcək"

image

“Hazırki vəziyyətdə Ermənistan özü-özünün quyusunu qazdı. Azərbaycanla müharibə etdiyi şəraitdə prezident respublikasından parlament respublikasına keçməklə vəziyyətini daha da ağırlaşdırdı. Artıq bundan sonra düşmən ölkədə sabitlik yaratmaq mümkün deyil”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.Onun sözlərinə görə, hazırki şəraitdə Ermənistanda tez-tez hökumət dəyişikliyi baş verəcək ki, bu da nəticə etibarı ölkəni sabitlikdən çıxaracaq: “Bu, keçmiş prezident Serj Sarkisyanın oyunu idi. Biz bilirik ki, Sarkisyanın prezidentlik dövrü başa çatırdı və o, baş nazir vəzifəsi ilə hakimiyyətdə qalmaq üçün bu addımı ataraq Ermənistanı parlament respublikasına keçməsinə nail oldu. Amma Sarkisyan bununla batan ölkəsini daha da batırmış oldu”T. Kərimli qeyd edib ki, artıq Ermənistan elə dərəyə girdab olub ki, onun bu dərədən çıxması mümkün deyil: “Hazırda düşmən ölkədə sanki hakimiyyət yoxdur və onu qurmaq mümkün deyil. Hakimiyyət qarşıdurmaları davam edir. Bu, öz mənfi nəticəsini verəcək. Ermənistan öz keçmiş siyasətini həyata keçirərək ölkədə baş verənləri Naxçıvan və digər baş verən təxribatlarla örtməyə çalışır”.Deputat vurğulayıb ki, Azərbaycan hakimiyyəti səbirlə gözləməkdədir: “Çünki, Azərbaycan tərəfi bilir ki, Ermənistan öz içindən çürüməkdə, dağılmaqdadır. Diplomatiya, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bəzən bildirilir ki, nə üçün Azərbaycan hücum yolu ilə torpaqlarını azad etmir. Bu əlbəttə mümkün olan məsələdir. Çünki, Azərbaycan ordusu istənilən vaxt bunu etmək qabiliyyətinə və gücünə malikdir. Amma məsələ ondadır ki, əgər beynəlxalq hüquq 100 faiz Azərbaycanın tərəfindədirsə, o zaman bundan istifadə edərək şəhid vermədən torpaqlarımızı geri qaytarmağa çalışmalıyıq. Bu mümkün olmadıqda Azərbaycan hərbi yola əl atacaq”.Ermənistanda baş verən hadisələrin Rusiyada narazılıq yaradacağını dilə gətirən T. Kərimli əlavə edib ki, belə olan halda vəziyyət o həddə çatacaq ki, Rusiya torpaqlarımızın işğaldan azad olunmasına mane ola bilməyəcək və bununla da ərazi bütövlüyümüzü təmin edəcəyik.

sia.az

Digər xəbərlər