Siyasət

  • 2 877

Tbilisidə “Azərbaycan – Gürcüstan: Cümhuriyyətimiz 100 yaşında” mövzusunda konfrans keçirilib

image

Mayın 23-də Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) “Azərbaycan-Gürcüstan: Cümhuriyyətimiz 100 yaşında” mövzusunda konfrans keçirilib. AZƏRTAC Azərbaycan “İslahatçı Gənclər” İctimai Birliyi ilə GMEA-nın birgə təşkil etdikləri tədbirdə Azərbaycan səfirliyinin, Gürcüstanın elmi dairələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, tələbə-gənclər iştirak ediblər. Tədbirdə əvvəlcə Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Sonra akademiyanın prezidenti Roin Metreveli çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı qədim tarixə malik dostluq əlaqələrindən danışıb.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstana səfərlərini xatırlayan R.Metreveli deyib ki, gürcü xalqının da yaxın dostu olan Heydər Əliyev GMEA-da da bir sıra görüşlər keçirib. Dahi siyasi şəxsiyyət Gürcüstan və Azərbaycanın elmi dairələri arasında da əlaqələrin inkişafına xüsusi diqqət yetirib.Akademik bildirib ki, bu gün hər iki xalq özünün ən əziz, müqəddəs bayramlarından birini – müstəqil dövlət quruluşumuzun 100 illiyini qeyd edir. Bu bayramı birgə qeyd etməyimiz bizim dostluğumuzun və qardaşlığımızın nümunəsidir.R.Metreveli Azərbaycanın və Gürcüstanın Milli Elmlər Akademiyaları, eləcə də digər elmi müəssisələri, alimləri arasındakı dostluq əlaqələrindən bəhs edib, bu münasibətlərin inkişafının rolunu xüsusi qeyd edib.Sonra səfirliyin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Azərbaycan və Gürcüstan tarixən qonşu və dost ölkələr olublar: “Bu dostluq bu gündə yüksələn xətlə inkişaf edir və möhkəmlənir".R.Rəhimzadə iki xalqın və dövlətin dostluğunun bundan sonra da inkişaf edəcəyinə və digər xalqlar üçün əsl nümunə olacağına ümidvar olduğunu bildirib.“İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlı, Azərbaycan Demokratik İnsan Haqları İnstitutunun direktoru, hüquq müdafiəçisi Əhməd Şahidov və başqaları çıxış edərək Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlığın inkişafında gənclərin rolunu xüsusi qeyd ediblər.Çıxışlarda 1918-ci ildə Cənubi Qafqazda cərəyan edən hadisələrdən, Zaqafqaziya Seyminin yaranması və buraxılması səbəblərindən bəhs olunub. Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan Demokratik Respublikasının yaranması zərurəti elmi əsaslarla izah olunub.Bildirilib ki, bu gün Tbilisidə belə bir tədbirin keçirilməsi dostluq və qardaşlığın bariz nümunəsidir.

sia.az

Digər xəbərlər