Siyasət

  • 4 840

Bəhruz Quliyev: "Rüstəm İbrahimbəyovu Azərbaycan vətəndaşı saymaq olmaz"

image

“Rüstəm İbrahimbəyov çəkmiş olduğu "Qafqaz üçlüyü" filmi ilə Azərbaycan xalqını təhqir edir. Həmin filmdə azərbaycanlılar dağıdan, vuran, yıxan və yaxud da intiqam hissi ilə daim alışıb-yanan və s. obrazda təqdim edilib. Amma ermənilər məzlum, həmişə azərbaycanlılar, türklər tərəfinən vəhşiliyə məruz qalan millət kimi ssenariləşdirilib”. Bunu SİA-ya açıqlamasında “SƏS” Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.Media Qrupunun rəhbərinin sözlərinə görə, o filmin mahiyyətində Azərbaycan dövlətinə, xalqına qarşı bir nifrət hissi dayanır: “Heç cürə düşünmürəm ki, üzərində Azərbaycan vətəndaşı adı olan və yaxud da digər millətin adını üzərində daşıyan bir millət nümayəndəsi bu cür formada rəzalətlə, öz mənsub olduğu xalqa nifrətlə çıxış etsin.

Bəs gəlin görək bunun arxasında nə dayanır?

Hesab edirəm ki, bunun arxasında kütləvi pul və ermənilərə konkret xidmət, missiya dayanır. Erməni xalqının, yazıçısının, rejissorunun edə bilmədiyini bu gün Rüstəm İbrahimbəyovun əli ilə həyata keçirildi. Çox təəssüflər olsun ki, bu insana azərbaycanlı demək belə mümkün deyil. Heç bir Azərbaycan vətəndaşı belə bir nankoru, xəyanətkarı azərbaycanlı adlandıra bilməz. Bilirsiniz ki, 2013-cü ildə anti-Azərbaycan qüvvələrin əli ilə və onların maliyyə dəstəyi ilə “Milli Şura” adlı qurum yaradıldı və Azərbaycanda prezident seçkiləri ərəfəsində “Milli Şura”nın vahid namizədi kimi Rüstəm İbrahimbəyovu elan etdilər. Zaman göstərdi ki, İbrahimbəyovun xisləti, amalı, fikri budur. Baxın görün kimi Azərbaycan xalqına vətənpərvər kimi sırımaq istəyirdilər. Bizim zəifçiliyimiz ondadır ki, sapı özümüzdən olan baltaların əli ilə bu işi görürlər. “Milli Şura”da təmsil olunan siyasi təşkilatların hər biri bu gün partiya kimi fəaliyyət göstərirlər və s. Cəmiyyət kifayət qədər bunları tanıyır. Amma gəlin görək, Rüstəm İbrahimbəyovun bu hərəkətlərinə onlar nə don geyindirəcəklər? Əgər Azərbaycan dövlətinin, xalqının əleyhinə işləmək “Milli Şura”nın məzmunudursa və bütün bunlar İbrahimbəyovun əli ilə, dili ilə həyata keçirilirsə, o zaman mən radikal müxalifətdə təmsil olunan insanların yanaşmasına şübhə ilə baxıram. Yox əgər bu onların fikirləri deyilsə, Rüstəm İbrahimbəyovla razılaşmırlarsa və yaxud da hansısa formada etiraz edirlərsə qoy ictimaiyyətə açıqlama versinlər. Əks halda onlarla şərif olurlar. Yəni “Milli Şura”nın o dövrki məzmununu, fəaliyyətini ermənilərlə işləməklə əsaslandırmaq olar. Əgər bu belə deyilsə, o zaman “Milli Şura” etiraz etməlidir. Radikal müxalifət 84 təşkilatın səsi ilə onu vahid namizəd kimi xalqa sırımağa çalışırdılarsa, həmin o 84 təşkilatın liderlərinin səsi ilə də o pislənməlidir. Bu addım baş verməsə və radikal müxalifət buna getməsə o zaman bəlli olacaq ki, İbrahimbəyovla onlar şərikdirlər.İkincisi, Rüstəm İbrahimbəyov vaxtilə müxtəlif dövlət torpaqlarını zəbt etmişdi. Bu torpaqların ona məxsus olmadığını anlayanda isə o başqalarına satıldı. Bu gün Rüstəm İbrahimbəyovda erməni xisləti müşahidə olunmaqdadır. Təəssüf edirəm ki, Azərbaycan dövləti tərəfindən dəfələrlə mükafatlandırılan bu insan nə qədər qəlbində kin-küdurət saxlayıb. İnsanda olan bu boyda nifrət ölçüyə gəlməzdir. Bu mənada hesab edirəm ki, onu uşaqdan tutmuş böyüyə qədər hər kəs tənqid etməlidir. Əkrəm Əylislinin “Daş yuxular” romanında müxtəlif bölgədə yaşayan insanlar ittiham olunurdusa, Rüstəm İbrahimbəyovun çəkmiş olduğu "Qafqaz üçlüyü" filmində bütün xalq ittiham olunur. Hesab edirəm ki, İbrahimbəyov kimi insanları Azərbaycan vətəndaşı saymaq olmaz. Ümumiyyətlə isə bunu Azərbaycanla bağlamaq mümkün deyil. Onun erməniyə işlədiyi göz önündədir”.

sia.az

Digər xəbərlər