Siyasət

  • 3 251

Elmar Məmmədyarov: "Ermənilərin bu təklifi sülh prosesini öldürməyə yönəlib" MÖVQE

image

"Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın erməni separatçılarının danışıqlarda tərəf kimi iştirak etməsi ilə bağlı istəyi sülh prosesini öldürməyə yönəlib". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.Nazirin sözlərinə görə, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə keçirdiyi görüşü zamanı müzakirə olunub: "Mən həmsədirlərlə görüşdə birmənalı şəkildə qeyd etdim ki, ermənilərin belə bir istəyi sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. O ki qaldı bundan sonrakı danışıqlara, həmsədrlər Ermənistana səfər etməlidirlər ki, yeni hakimiyyətilə tanış olsunlar. Bundan sonra danışıqlarla bağlı yeni mərhələ müzakirə oluna bilər".

sia.az

Digər xəbərlər