Siyasət

  • 3 698

"Milli Qurtuluşdan İntibaha"

image

Bu gün Azərbaycan Dövlət İqtisad Univeristetinin (UNEC), "Səs" Media Qrupunun və Bilik Fondunu birgə təşkilatçılığı ilə İqtisad Univeristetinin inzibati binasında Milli Qurtuluşun 25 illik yubileyi münasibəti ilə "Milli Qurtuluşdan İntibaha" mövzusunda tədbir keçirilib.SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə "Səs" Media Qrupunun hazırladığı "Milli Qurtuluşdan İntibaha" filminə baxış olub.Tədbiri giriş sözü ilə açan İqtisad Univeristetinin rektoru Ədalət Muradov Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il 15 iyunun əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan xalqının çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Llider Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və iqtisadi inqkişafa, tərəqqiyə nail oldu."Səs" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaq görən siyasəti nəticəsində ölkəmzin regionda və dünyada nüfuzu daha da artığını bildirdi.Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxışında bildirdi ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkədə iqtisadi inkişafa, siyasi sabitliyə nal olundu.Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşdırlımasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışdılar və bugünkü, çiçəklənən, inkişaf edən, dünyada yeri və rolu artan Azərbaycanın Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsi olduğunu qeyd etdilər.

sia.az

Digər xəbərlər