Siyasət

  • 4 050

Deputat: “Hər kəsin dini etiqad azadlığı təmin olunub"

image

“Ramazan ayı münasibətilə keçirilən tədbirdə cənab Prezident İlham Əliyevin söylədiyi “Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub” fikirləri bu günki Azərbaycanın reallığıdır. Baxmayaraq ki, Konstitusiyaya görə din dövlətdən ayrıdır, eyni ilə dövlət ölkədə dini baxışlarının qorunub saxlanmasına, bir müsəlman ölkəsi olaraq dini baxışlarda bərabərliyə və bütün dinlərlə münasibətdə eyni yanaşma siyasəti həyata keçirir”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, 70 il sovetlər tərkibində olduğumuz zaman ölkədə ateizm təbliğ olunurdu, dini etiqad qadağan olunmuşdu, məscidlər bağlanaraq ambarlara çevirilmişdi: “Amma bütün bunlar xalqımızdan milli dəyərlərimizi uzaqlaşdıra bilmədi və bu illər ərzində gizli də olsa hər bir şəxs milli dəyərlərini öz qəlbində yaşada bildi. Müstəqilliyimizə nail olmağımız və hakimiyyətə Ulu Öndərin gəlişi təbii ki, xalqımızı özünə qaytardı və Konstitusiya ilə hər kəsin dini etiqad azadlığı təmin olundu. Dövlətin dəstəyi ilə minlərlə məscid bərpa olundu. Ayrı dinlərin də etiqad azadlığını təmin etmək məqsədi ilə sineqoqlar, katolik və provoslav kilsələr yenidən quruldu.Məhz Azərbaycanda dövlətin milli dəyərlərə sadiqliyi sayəsində bütün dinlərin xalqların, etnosların birgə yaşayışı təmin olundu və ölkəmiz təmin olunmuş multikulturalizm və tolerantlıq mühiti ilə dünyada bir nümunəyə çevrildi. Bu gün Azərbaycan nəinki ölkəmizdə, hətta bütün dünyada bütün dinlərin birgə yaşayışına çağırışlar edir və öz töhfələrini verir. Cənab Prezidentin də qeyd etdiyi kimi məhz bizim inkişamızın təməlində də dövlətin milli dəyərlərə sadiqliyi dayanır”.

sia.az

Digər xəbərlər