Siyasət

  • 4 895

Arzu Nağıyev: “Azərbaycan milli dəyərlərə qiymət verən dövlətdir"

image

“Bu gün Azərbaycan tolerant və multikultural dəyərlərə daim hörmət edən bir dövlətdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev deyib.Siyasi şərhçinin sözlərinə görə, bir müsəlman inanclı dövlət olaraq bütün dinlərin də öz yeri var: “Bu dəfələrlə qeyd olunub. Hətta bir neçə böyük dövlətlərin rəhbərləri də Azərbaycanda olan tolerantlığı bir etalon kimi götürərək buna uyğunlaşdırması məsələsini qeyd edir. Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində də qeyd etdiyi kimi Azərbaycan daima milli dəyərlərə qiymət verən, dini etiqad hisslərinə hörmətlə yanaşan bir dövlətdir. Düşünürəm ki, bu istiqamətdə də biz öz siyasətimizi aparırıq. Buna görə də bütün dünya dövlətləri arasında, beynəlxalq arenada Azərbaycan dünyəvi dövlət olaraq, eyni zamanda dini etiqadlara hörmətlə yanaşan bir dövlət kimi tanınır”.Qeyd edək ki, Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə ötən gün keçirilən iftar mərasimində söyləyib ki, Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub.

sia.az

Digər xəbərlər