“Siyasi partiyaların xaricdən maliyyələşməsi qadağandır”

“Əli Kərimli kimi satqınlar, nəinki Rusiyanın qaranlıq dairələrindən, ümumən Qərbin də anti-Azərbaycan qüvvələrindən maliyyə yardımları alırlar”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.Onun sözlərinə görə, bunun sübuta ehtiyacı yoxdur: “Dəfələrlə bu barədə deyilib - bu insanlar 1992-ci ildən müxalifət adı altında fəaliyyət göstərirlər və heç bir yerdə işləmirlər, hətta vergi ödəyicisi də deyillər. Bunlar necə dolanırlar, partiyalarını, qəzetlərini və internet medialarını necə saxlayırlar? Yəni 26 il boş-boş danışan insanlara heç bir adi insan yardım etməz, burada məntiq yoxdur. Deməli, bu insanlar hansısa kənar qaranlıq qüvvələrdən maliyyə alırlar. Həm də məhz qaranlıq yolla. Çünki Azərbaycan qanunvericiliyi siyasi partiyaların xaricdən maliyyələşməsini qadağan edir. Əgər maliyyə yardımı mənbəyi bilinməyən qaranlıq qüvvələrdən gəlirsə, burada artıq cinayət var. Yəqin ki, hüquq-mühafizə orqanları bu istiqamətdə iş apararaq, yaxın vaxtlarda öz münasibətini bildirəcəkdir”.

sia.az