“Dağlıq Qarabağ Ermənistana nisbətən daha qərbpərəstdir”

“Ermənistanın və dünya erməniliyinin qabağında duran əsas məqsədlərdən biri Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasına imkan verməməkdir. Bu, onlar üçün iflasdır. Külli miqdarda siyasi və maliyyə resursu xərcləyiblər ki, Dağlıq Qarabağ Azərbaycandan aralansın. Azərbaycanla apardığı mübarizənin hesabına Ermənistan və dünya erməniliyi xeyli zəifləyib”. SİA xəbər verir ki, bu fikirləri politoloq Mübariz Əhmədoğlu bildirib.Politoloq qeyd edib ki, bu gün Ermənistanda baş verənlər onların Azərbaycana qarşı apardığı mübarizənin praktiki nəticəsidir: “Amma bununla belə, erməni düşüncəsi Dağlıq Qarabağın Azərbaycana qayıtmasını qəbul edə bilmir - Dağlıq Qarabağ aya, çaya getsin, amma Azərbaycana tərəf getməsin. Dağlıq Qarabağda da bəziləri Ermənistanla birlikdə Rusiyanın tərkibinə daxil olmağa hazır olduğunu bildirirlər. Guya Ermənistan qərbpərəstdir, amma Dağlıq Qarabağ rusiyapərəstdir. Dağlıq Qarabağ erməniləri rusiyapərəst olsa idilər, Sovet dövründə ABŞ-dan deyil, Moskvadan gələn təlimatları qəbul edərdilər. SSRİ-ni dağıdan ən əsas amillərdən biri Dağlıq Qarabağdakı erməni separatizminin ABŞ-ın xüsusi xidmət orqanları vasitəsilə idarə olunması idi”.Politoloqun fikrincə, belə olmasaydı, 1994-cü ildə bir qrup ABŞ konqresmeni, bəzilərinin köməkçiləri, digərlərinin ailə üzvləri hətta işğal olunmuş Ağdam ərazisinədək gəlməzdilər: “Belə olmasaydı, ABŞ son 2-3 ili çıxmaq şərtilə, hər il dövlət büdcəsindən Dağlıq Qarabağa rəsmən maliyyə yardımı ayırmazdı. Həmçinin ABŞ Konqresi Dağlıq Qarabağla əlaqəli iki qətnamə qəbul etməzdi. Bu qətnamələrdə Qorbaçov hakimiyyətindən o zamankı “Qarabağ” komitəsi ilə bərabərhüquqlu tərəf kimi danışıq stolu arxasında oturmaq tələb edilirdi. ABŞ Konqresi Dağlıq Qarabağ erməniləri üçün Ermənistan parlamentindən daha doğma olmazdı, ABŞ Konqresinin daxilini hətta Ermənistan parlamentinin daxilindən daha yaxşı tanıyırlar. Ermənistan parlamentində Dağlıq Qarabağdan olan ermənilər ildə bir dəfə görünə-görünməyərdirlər, amma ildə ən azı 3 dəfə ABŞ Konqresində Dağlıq Qarabağdan olan ermənilərin iştirakı ilə tədbirlər keçirilir. Onlar Rusiya siyasilərini Qərbdəkilərə nisbətən daha nüfuzlu hesab edirlərmi? Əvvəllər Dağlıq Qarabağda keçirilən “seçki” proseduraları zamanı həm RF, həm də Qərbdən nümayəndə heyəti gələrdi. Dağlıq Qarabağda Qərbdən olan siyasilərə Rusiya siyasilərinə nisbətən daha artıq hörmət göstərərdilər”.M.Əhmədoğlu düşünür ki, qərbpərəst olmasaydılar, Dağlıq Qarabağdan olan ermənilər Qərb siyasiləri qabağında SSRİ-nin dağılmasının Qarabağdan başlanması ilə dəfələrlə öyünməzdilər və bu məzmunda bir neçə kitab nəşr olunmazdı: “ABŞ Dövlət Departamenti 1987-ci ildən etibarən SSRİ Xarici İşlər nazirliyinə Dağlıq Qarabağ mövzusunda dəfələrlə müraciət etməzdi, Kerrinin “Azərbaycanı avtobusun təkərləri altına atmaq lazımdır” ifadəsi yaranmazdı. Bizcə, arqumentlər hər şeyi deyir. Ermənilər Rusiya siyasi elitasının QİÇS-idir. Rusiya elitasını immunitetdən çox asanlıqla məhrum edir və beləliklə, rus elitası öz milli maraqlarını tanıya bilmir”.

sia.az