YAP Yasamal rayon təşkilatında Milli Qurtuluş Günü qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, millət vəkilləri, ziyalılar və KİV nümayəndələri iştirak edib.Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin YAP Yasamal rayon təşkilatının binasında yerləşən büstü önünə gül-çiçək dəstələri düzüblər. Sonra tədbir akt zalında Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra davam etdirilib.YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Bildirib ki, o vaxt Azərbaycan xalqı təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb edib. 1993-cü ilin iyun ayında ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Həmin vaxt xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Ulu Öndər uzaqgörən və müdrik siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır vəziyyətdən xilas etdi. Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıtdı və Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən çıxardı”.Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, Azərbaycanın dövlət müstəqilliyinin məhv olmaq təhlükəsindən xilas edildiyini söyləyib. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitliyin təmin olunduğu, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirildiyi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların qarşısının alındığı vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin edib. Bu tarixi gün müasir Azərbaycan dövlətçiliyinin xilası günüdür.YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildiyini və Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdüyünü, bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın səngidiyini, respublikamızın vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olduğunu söyləyib. V.Rəhimzadə bu gün milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyini, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığını qeyd edib.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev diqqətə çatdırıb ki, sovetlər birliyi dağılandan sonra müstəqillik qazanmış bir sıra dövlətlər hələ də problemlər içində çabalamaqda, asılı vəziyyətdə qalmaqdadır. Azərbaycan da 1993-cü ilin iyun ayınadək böyük problemlər yaşayan, ciddi sıxıntılar çəkən, xaos və özbaşınaqların hökm sürdüyü bir ölkə vəziyyətində idi. Belə bir şəraitdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün bu problemlərə son qoydu, böyük və müdrik siyasət nəticəsində müstəqilliyimiz məhv olmaq təhlükəsindən qurtardı. 1993-cü ildə "olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrilmişdir.Sonra YAP Yasam rayon təşkilatının fəaliyyətində fərqlənən bir qrup insana fəxri fərmanlar təqdim olunub.Tədbirə bədii hissə ilə yekun vurulub.

sia.az