"Qurtuluşdan Tərəqqiyə - 25 il" adlı zona müşavirəsi keçirilib

Bu gün Ucar şəhəri Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə YAP Ağsu, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Qobustan, Şamaxı, Ucar, Zərdab rayon təşkilatları Gənclər Birliklərinin iştirakı ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluşdan Tərəqqiyə - 25 il" zona müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, zona müşavirəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Şirvan zonası üzrə kuratoru Həsən Daşdəmirov iştirak ediblər.Əvvəlcə qonaqlar Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva zona müşavirəsini açaraq qeyd edib ki, 2018-ci ilin keçən dövrü ərzində respublikamızın, eləcə də partiyamızın həyatında yadda qalan tarixi hadisələr baş verib. 11 aprel tarixində Azərbaycan Respublikasının Prezident seçkiləri keçirilib, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev yekdilliklə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.O bildirib ki, may ayının 10-da Ümummili Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənəli sürətdə qeyd edilib: “Bu günlər daha bir tarixi günün yubleyi ərəfəsindəyik. 15 iyun 1993-cü ildə Azərbaycan “olum, ya ölüm” dilenması qarşısında qalarkən Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə respublika rəhbərliyinə qayıdışının - Milli Qurtuluş Gününün 25 yaşı tamam olur”.Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Qurtuluşdan Tərəqqiyə - 25 il" zona müşavirəsinə toplaşan gənclər öz çıxışlarında tarixi keçmişimizi bir daha vərəqləyiblər və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ətrafında sıx birləşdiklərini bəyan ediblər.YAP Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri Aytən Nəbiyeva, YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov, YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyinin sədri Qönçə Ağazadə, YAP Kürdəmir rayon təşkilatı Gənclər Birliyinin üzvü Məhəmməd Heydərli, YAP Zərdab rayon təşkilatı Gənclər Birliyinin üzvü Leyla Eldarzadə, YAP Ağdaş rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şahmuradov, YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin üzvü Günel Əliyeva, YAP Ağsu rayon təşkilatı Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, YAP Şamaxı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəşir Lazımov çıxış edərək rayon təşkilatlarının, eləcə də Gənclər Birliklərinin qarşısında duran vəzifələr haqqında məlumat veriblər.Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bütün gəncləri Milli Qurtuluş günü münasibətilə təbrik edərək Qurtuluşdan keçən 25 il ərzində Azərbaycan Gəncliyinin inkişafında ölkə rəhbərinin, Yeni Azərbaycan Partiyasının gördüyü işlər haqqında ətraflı məlumat verərək sabahımızda da gənclərə güvənildiyini vurğulayıb.Sonda Ucar şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında gənclərlə xatirə şəkili çəkdirilib

sia.az