Azərbaycanı bugünkü inkişafa gətirən Qurtuluş günü

“Azərbaycan dövlətinin mövcud olmasına, bugünkü inkişafına və varlığına görə, 15 iyun - Qurtuluş gününə borcluyuq”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.Deputat bildirib ki, Ulu Öndərin 1990-cı illərin əvvəllərində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanda qardaş qırğınının, vətəndaş müharibəsinin dövlətin parçalanmasının qarşısını aldı.Azərbaycanın parçalanma təhlükəsi ilə üz-üzə qaldığı günlərin canlı şahidi olan E.Məmmədov söyləyib ki, o dövrdə Azərbaycan başsız vəziyyətdə olmaqla yanaşı, kriminal aləmin qanunları ilə idarə olunurdu: “1990-cı illərin əvvəllərində rəsmi hökumət qurumları olsa da, dövlət və hökumət bir neçə qruplaşmalar tərəfindən idarə olunurdu. Hərc-mərclik, ordumuzun olmaması Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı ki, nəticə 20 faiz torpaqlarımız Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu”.Həmin dövrdə Azərbaycan iqtisadiyyatının səfər həddə çatdığını dilə gətirən deputat söyləyib ki, Azərbaycan müəyyən xarici qüvvələrin ölkəmizdə olan nümayəndələri vasitəsilə poliqona çevrilmişdi: “ Hər qruplaşmanın lideri ölkəmizdə özünü rəhbər kimi görürdü, vahid hakimiyyət, orduda komandanlıq yox idi. Azərbaycan dövlətçiliyinin yox olması təhlükə altında idi. Bütün bunlardan yeganə çıxış yolu Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi idi ki, yalnız bundan sonra Azərbaycan bəlalardan qurtula bildi.E.Məmmədov qeyd edib ki, əgər Ulu Öndər hakimiyyətə qayıtmasaydı, o zaman indiki Azərbaycandan söhbət gedə bilməzdir: “Cənub və şimalda müəyyən qüvvələr artıq hərəkətə keçin ayrı bir dövlət yaratmağa hazırlaşır, xarici qüvvələrin Azərbaycanla bağlı planları dövlətlər arasında məsləhətləşdirilirdi. Lakin Ulu Öndər Azərbaycanı baş verənlərdən xilas etməklə, ölkəmizin qısa zamanda inkişafı naminə mühüm addımlar atdı. Hansı ki həmin inkişaf bu gün də xalqımıza xidmət edir. Əsası Ümummilli lider tərəfindən qoyulan siyasət hazırda Prezident İlham Əliyev tərəfindən daha geniş şəkildə həyata keçirilir”.

sia.az