Siyasət

  • 6 433

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Salyanda "Qurtuluşdan Tərəqqiyə - 25 il" regional tədbir keçirilib

image

Salyan şəhərində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə "Qurtuluşdan Tərəqqiyə - 25 il" regional tədbir keçirilib.

Tədbirdə YAP-ın Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Beyləqan, Biləsuvar, İmişli, Saatlı, Fizuli, Cəbrayıl rayon və Şirvan şəhər təşkilatlarının gənclər birliklərinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar Salyan şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov qeyd edib ki, 2018-ci ilin ötən dövrü ərzində respublikamızın, eləcədə partiyamızın həyatında yadda qalan tarixi hadisələr baş verib. O, çıxışında 15 İyun Milli Qurtuluş Gününün əhəmiyyətini vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbirdə çıxış edərək gəncləri 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib. 1993-cü ilin iyun ayında Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını deyən S.Orucov məhz Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın bu təhlükədən xilas oluduğunu diqqətə çatıdırıb. Ona görə də, haqlı olaraq 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi yazılıb. YAP Gənclər Birliyinin sədri ötən 25 il ərzində Azərbaycan böyük inkşaf yolu keçdiyini deyib, hazırda gənclərimizin yüksək dövlət qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər natiqlər də 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini qeyd ediblər. Qeyd olunub ki, müasir Azərbaycanın sürətli inkişafının əsasında məhz qurtuluş məfkurəsi dayanır. Çıxışlarda Ulu öndər Heydər Əliyevin tərəfindən əsası qoyulmuş inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycan gəncliyi müstəqil dövlətimizin inkişafı naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşib və bu birlik sarsılmazdır.

yap.org.az

Digər xəbərlər