Siyasət

  • 8 393

"Səs" qəzeti ADPU ilə birgə “Qurtuluşdan İntibaha” adlı tədbir keçirib

image

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “SƏS” qəzetinin birgə təşkilatçılığı ilə Milli Qurtuluşun 25 illik yubileyi münasibətilə “Qurtuluşdan İntibaha” mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, “SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, ziyalılar, universitetin tələbə və müəllim heyəti iştirak edib.Əvvəlcə qonaqlar ADPU-nun binasında yaradılmış Heydər Əliyev muzeyi ilə tanış olublar.Daha sonra tədbir ADPU-nun “Heydər Əliyev məktəbinin lektoriyası”nda davam etdirilib. Mərasim iştirakçıları “SƏS” Media Qrupunun hazırladığı “Qurtuluşdan İntibaha” adlı filmə tamaşa ediblər.Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov şərəfli, qürurverici dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyunun əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan xalqının çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin qısa müddətdə müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizdə tüğyan edən gərgin ictimai-siyasi böhranı aradan qaldırdı və iqtisadi inkişafa, tərəqqiyə nail oldu.Rektor əlavə edib ki, Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatımızla bağlı ideyaları artıq Azərbaycanın gerçəkliyinə çevrilib: “Onun fəaliyyəti və şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edib. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Ulu Öndərin siyasi irsi onun layiqli varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir”.Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycan tarixində yeni bir səhifənin açılmasına səbəb oldu: “Dahi dövlət xadiminin qayıdışı Azərbaycan xalqını müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin titanik səyləri nəticəsində Azərbaycanda stabillik yarandı, xalqın dövlətə inamı möhkəmləndi, ölkəmizin inkişafı, vətəndaşının hüquq və azadlıqlarının təmin edilməsinə yol açıldı. Heydər Əliyer yolu Azərbaycanın dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilməsinə səbəb oldu. Bu gün Azərbaycan qüdrətlənir, iqtisadi cəhətcə güclənir. Hesab edirəm ki, 15 iyun 1993-cü ildən başlanan yol bizi bundan sonra da daim uğurlara aparacaqdır”.“SƏS” qəzetinin Baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında 15 iyun Milli Qurtuluş ideologiyasının müstəqil Azərbaycanın davamlı inkişafında özünü büruzə verdiyini və Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli siyasi varisi, ölkə Prezidenti İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionda və dünyada nüfuzunun daha da artdığını bildirib.Baş redaktor bildirib ki, hələ 1992-ci ildə ziyalıların xalqın adından "Səs" qəzeti vasitəsilə Ümummilli Lider Heydər Əliyevə müraciəti oldu: “O zamanlar vəziyyətdən çıxış yolu kimi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya dəvət olundu. Ulu Öndər ziyalıların müraciətinə yenə də "Səs" qəzeti vasitəsilə cavab verərək ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını göstərdi”.B.Quliyev deyib ki, Ulu öndər Heydər Əliyev xarizmatik bir lider olaraq Azərbaycanı qarşılaşdığı təhlükə və faciələrdən xilas etdi, müstəqil dövlətimizi qurdu, gücləndirdi, onu dünya miqyasında layiqincə tanıtdı. Bu gün dövlət başçımız İlham Əliyevin müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təmin edib, ölkəmiz dünya birliyinin layiqli tərəfdaşlarından birinə çevrilib.Tədbirdə digər çıxış edənlər də Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə olunan uğurlardan, xalqın sosial rifah halının yaxşılaşdırılmasından, dövlətimizin dünyada yerinin və rolunun möhkəmlənməsindən danışdılar və bildirdilər ki, əldə olunan bu uğurların davamlığı və dönməzliyi ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla təmin olunmaqdadır.

sia.az

Digər xəbərlər