1991-ci ilin oktyabr ayında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət son dərəcədə gərginləşmişdi, hərci-mərcilik baş alıb gedirdi. Ölkədə hakimiyyət böhranı yaranmışdı. Hakimiyətdə olan Xalq Cəbhəsi ölkəni daha dərin uçruma aparırdı. 1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.Xalqıın tələbi ilə Respublikanın belə ağır günündə Azərbaycan Xalqının görkəmli oglu, Ümumimilli Lider Heydər Əliyev Bakıya gəldi. Ulu Öndər az bir zaman ərzində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı. 1993-cü ilin iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.Əgər həmin məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, kim bilir, dövlətimizi, xalqımızı daha hansı faciələr gözləyirdi? Dövlət müstəqilliyinin qorunub saxlanılması ilə bağlı Ulu öndər Heydər Əliyev demişdir: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici siyasət sahəsində dönüş yaradılıb və müstəqil dövlət quruculuğu prosesinə başlanılıb.Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsində bir tərəfdən Milli Ordunun formalaşması, müdafiə qabiliyyətinin gücləndirilməsi üçün mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələdən istifadə olunmuş, bununla da 1994-cü ilin may ayında ölkəmiz üçün həyati əhəmiyyətə malik atəşkəs rejiminə nail olunub.Belə bir vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn xalqımızın ümumilli lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən xilas etdi. 1993-cü ilin iyun ayında yenidən dövlətimizin idarəçilik sükanına keçən Heydər Əliyev xilaskarlıq misiyasını müdrikliklə, yenilməz iradə, qətiyyətlə böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdir: “Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”.2003-cü ildən sonrakı dövrü böyük yolun davamı kimi dəyərləndirən cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyərinin dəstəyini qazanaraq Prezident seşildiyi vaxtdan Heydər Əliyev siyasətini layiqincə yaşatmaqla yanaşı həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasi kursu ilə Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirir. Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları xalqımızın tarixi keçmişinin, müstəqillik tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin qətiyyəti sahəsində Ulu Öndərin yeni neft strategiyasının uğurla reallaşması və inkişaf etdirilməsi, yeni sosial-iqtisadi layihələrin həyata keçirilməsi , regionda eləcədə dünyada cəryan edən proseslərə dövlət başçısının müdrik siyasi baxışları Azərbaycanın dövət müstəqilliyinin daha da möhkəmləndirilməsinə və dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir.Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə kimi tanınması, Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik çoxşaxəli siyasət, qazanılan bütün uğurlar əminliklə düşünməyə əsas verir ki, dövlət müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq.
Rauf Əliyev, millət vəkili
sia.az