Siyasət

  • 12 349

MEK xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir

image

Böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan “15 iyun” müstəqil Azərbaycanın tarixində “Milli Qurtuluş günü” kimi həkk olunub. SİA-nın məlumatına görə, bu təqvim Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda böyük siyasətə yenidən qayıdışının rəsmiləşdirildiyi tarixdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində bu günə qədər davam edən uğurlu bir mərhələnin başlanğıcı qoyulub. “Milli Qurtuluş günü” Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirilib.AMEA Mərkəzi Elmi Kitabxana (MEK) Ümummilli Liderin qayğısını daim hiss edib. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən AMEA Mərkəzi Elmi Kitabxanası elmi müəssisə statusu alıb. MEK-in fəaliyyətinin əsas istiqamətlərindən biri Heydər Əliyev irsinin təbliğidir. Bu məqsədlə MEK-in Sərgi salonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş daimi guşə fəaliyyət göstərir. Həmçinin MEK-də ümummilli liderlə bağlı bağlı müxtəlif formatlı tədbirlər təşkil edilib, www.mek.az saytında, sosial şəbəkələrdə silsilə materiallar təqdim olunub. “Heydər Əliyev: elektron baza və sənədlərin reyestri” layihəsi çərçivəsində kitabxana fondlarında mühafizə edilən bütün sənədlər elektron kataloqa salınaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasına daxil edilib.AMEA Mərkəzi Elmi Kitabxanası olaraq oxucularımızı, əməkdaşlarımızı və tərəfdaşlarımızı Milli Qurtuluş günü münasibətilə təbrik edir, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzulayırıq.

sia.az

Digər xəbərlər