Siyasət

  • 7 853

Ulu öndərə sevgi və ehtiram tükənməzdir

image

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr etdiyi silsilə tədbirlərin mükafatlandırma mərasimini keçirib. Məhsəti Gəncəvi Mərkəzində reallaşan mərasimdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev,YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatı ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları, ziyalılar və tələbə-gənclər iştirak ediblər.Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev açaraq, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı hər il ənənəvi olaraq keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Bildirib ki, silsilə tədbirlərin keçirilməsində əsas məqsəd Ümummilli liderin dövlətçilik siyasəti, onun zəngin irsinin tədqiqi və təbliği, gənclərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ulu öndərin xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir. Tədbirlərin yüksək əhval-ruhiyyədə keçirilməsi dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündən qaynaqlandığını qeyd edən Naqif Həmzəyev, son 15 ildə Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirdiyini diqqətə çatdırıb.Sonra Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən silsilə tədbirlər çərçivəsində geniş yer alan “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışı, futzal, şahmat və stolüstü tennis turnirləri qalibləri mükafatlandırılıb. Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci və Gəncə Tibb Kolleci tələbələrinin iştirak etdiyi yarışlarda I və II yerləri bölüşdürən komandalar Fəxri fərman, qiymətli hədiyyələrlə təltif ediliblər. Tədbirdə həmçinin partiya fəalları, yarışların hakimləri də mükafatlandırılıblar. Bildirilib ki, bütün yarışlarda ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, fəalları, tələbə-gənclər dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, “Kapital Bank” ASC-nin Gəncə filialının müdiri Vüqar Paşayev çıxış edərək, qalib adını qazanan gənclərə uğurlar arzu ediblər.Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə keçirilən yarışlar Kapital Bankın və ABC telekom şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib.

sia.az

Digər xəbərlər