Siyasət

  • 6 864

“Öz xətalarını "Media klubu"n dili ilə Azərbaycanın adına yazırlar”

image

“"Media klubu" yaradanlar ilk açıqlamalarını tənqidlə başlayıblar”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.Onun sözlərinə görə, Azərbaycanın peşəkar media qurumlarını, media mühitini, media təmsilçilərini tənqid və təhqirlə başlayıblar fəaliyyətə: “20-25 il öncənin ovqatı ilə yaşayırlar, hər şeyi qara rəngdə görürlər, bütün inkişafı kölgəyə almağa çalışırlar. Əgər normal tənqid kursu tutsalar, bəlkə də anlaşılardılar. Məsələ ondadır ki, tənqid etmək xatirinə mövcud olmayan faktlardan istifadə edirlər. Maraqlıdır ki, Azərbaycan mediası və hökuməti adına səsləndirdikləri səhvləri, yanlışları zamanında özləri ediblər. Azərbaycan mediası və hökuməti adına yazmaq istədikləri səhvlər və yanlışlar onların özlərinə aiddir. Məsələn, Azərbaycan mediasında korrupsiya halından danışırlar. Axı hamının bildiyi faktdır ki, bütün postsovet məkanında "Soros" fondu, məhz Azərbaycanda qrant yeyənlərin maxinasiyaları ilə bacarmayıb, öz strukturunu bağlamaq məcburiyyətində qaldı. Həmin vaxt bu strukturun rəhbərliyində olan Mehman Əliyev və Arif Əliyev ən biabırçı şəkildə media nümayəndələrinin ittihamlarına məruz qaldılar və deməyə söz tapmadılar. İndi bu şəxslər "Media klubu" yaradıblar, özlərinin yol verdikləri xətaları "Media klubu"n dili ilə Azərbaycanın adına yazırlar. Bu və digər onlarla fakt, deməyə əsas yaradır ki, bunların niyyəti xoş deyil. Ona görə də, qınanmalıdırlar. Mehman Əliyev gör kimlərlə "Media Klubu", media siyasəti qurur?! Açın Elmdar Əliyevin, Əvəz Zeynallının, Elnur Məhərrəmlinin, Azər Qaramanlının və bu qondarma təsisatda təmsil olunanların saytlarına baxın. Onların az qala hər bir yazısı cinayət məsuliyyəti doğuracaq həddədir. Fikirləşmirlərmi ki, buna Azərbaycan cəmiyyəti necə baxır?".

sia.az

Digər xəbərlər