Siyasət

  • 5 222

YAP Sədrinin müavini: Ermənistan prezidentinin Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi Minsk qrupunu narahat etməlidir

image

«Ermənistan prezidenti Armen Sarkiysanın Azərbaycanın işğal altında olan ərazilərinə səfərini qətiyyətlə pisləyirik. Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər Azərbaycanın əzəli torpağıdır. Müvəqqəti işğal altında olsa da, hesab edirəm ki, beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək bu torpaqlar ordumuzun qətiyyəti nəticəsində işğaldan azad olunacaq». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu cür qeyri-qanuni hərəkətlərə layiqli cavab veriləcək. Onun sözlərinə görə, bu qanunsuz hərəkətlər Azərbaycan xalqını hiddətləndirməklə yanaşı, problemin həll olunması üçün vasitəçilik edən ATƏT-in Minsk qrupunu, bütövlükdə, münaqişənin həllinə çalışan dövlətləri və beynəlxalq qurumları da narahat etməlidir.
«Əks halda, münaqişənin həll olunması üçün ən düzgün yolu tapmaq çətin olacaq. Dağlıq Qarabağ Azərbaycan torpağı kimi birmənalı şəkildə beynəlxalq hüquq tərəfindən qəbul olunur və dünya dövlətləri tərəfindən tanınır. Belə olan halda, Azərbaycanın razılığı olmadan hər hansı başqa ölkənin vətəndaşının işğal olunmuş ərazilərimizə səfər etməsi qanunsuzdur. Gün gələcək ki, belə qanunsuz hərəkətləri edənlər buna cavab vermiş olacaqlar»-deyə, Əli Əhmədov qeyd edib.

yap.org.az

Digər xəbərlər