Siyasət

  • 6 423

Əli Əhmədov: Qurtuluş mahiyyət etibarilə Azərbaycanın bu günüdür, gerçəklikləridir və firəvan gələcəyidir

image

«15 İyun Milli Qurtuluş Günü Azərbaycanın ən mühüm və şərəfli dövlət bayramlarından biridir. Qurtuluş mahiyyət etibarilə Azərbaycanın bu günüdür, gerçəklikləridir və firəvan gələcəyidir». Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasəti uğurla həyata keçirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində Azərbaycanın qüdrəti daha da artıb, insanların rifahı daha da yaxşılaşıb, ölkənin siması əhəmiyyətli dərəcədə dəyişib.
«Ötən 25 il ərzində Azərbaycan müqayisəedilməz dərəcədə yeniləşib. Bütün bunların hamısı qurtuluş məfkurəsinin Azərbaycana, hər bir vətəndaşa bəxş etdiyi töhfələrdir. Qurtuluş dedikdə, bu gün Azərbaycanın inkişaf perspektivlərini, rifahını, əminamanlığı, sabitliyi, təhlükəsizliyi və eyni zamanda, Azərbaycanın xoşbəxt gələcəyini başa düşürük»-deyə, YAP Sədrinin müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər